Erməni girovluğunda saxlanan Şahbaz Quliyev Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşıları ona baş çəkib ailəsindən məktub çatdırdığı zaman, cavab məktubu yazmaqdan imtina edib. Erməni girovluğunda saxlanan Şahbaz Quliyev Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşıları ona baş çəkib ailəsindən məktub çatdırdığı zaman, cavab məktubu yazmaqdan imtina edib.

Azərbaycanlı girovla bağlı - Müəmma

Erməni girovluğunda saxlanan Şahbaz Quliyev Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşıları ona baş çəkib ailəsindən məktub çatdırdığı zaman, cavab məktubu yazmaqdan imtina edib.


AzNews.az xəbər verir ki, bu barədə ans press-ə girovun bacısı İradə Quliyeva məlumat verib.

Onun sözlərinə görə, martın 10-da BQXK əməkdaşları qardaşına və Dilqəm Əsgərova baş çəkib hər ikisinin məktubunu çatdırıblar. Dilqəm məktub yazsa da, Şahbaz cavab yazmaqdan imtina edib: "O, bizə sonuncu dəfə yanvar ayının 29-da məktub yazıb. Ondan sonra iki dəfə məktub yazsam da cavablandırmır. BQXK əməkdaşları isə bizə sadəcə onun cavab yazmadığını deyirlər. Onun məktub yazmaması bizi narahat edir. Taleyindən nigaranıq".

Şahbaz Quliyevin ailəsinə məktub yazmamasının səbəbləri ilə bağlı sualları cavablandıran BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirdi ki, saxlanan şəxslərin ailələrinə məktub yazıb-yazmaması qurumun səlahiyyətində olan məsələ deyil: "Əməkdaşlarımız saxlanan şəxslərin hansı səbəbdən məktub yazmaması ilə maraqlanmır. Biz sadəcə yazılan məktubları çatdırırıq və ailələrinə onların saxlanma şəraiti və vəziyyəti barədə məlumat veririk".

2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüblər. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu müqavimət göstərdiyi üçün öldürüblər. Ermənilər hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər.

Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi" dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm" çıxarıb. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.