Köçərli Dəmiryol Stansiyasının rəisini maşın vurub. Köçərli Dəmiryol Stansiyasının rəisini maşın vurub.

Bərdədə rəisi maşın vurdu - Yenilənib 2

Köçərli Dəmiryol Stansiyasının rəisini maşın vurub.


AzNews.az xəbər verir ki, hadisə Bərdə rayonunun Köçərli ərazisində qeydə alınıb. Məlumata görə, vağzalın rəisi Mustafayev Xasay yolu keçərkən avtomobil onu vurub. Yaralı vəziyyətdə olan X.Mustafayev Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, hazırda reanimasiyadadır, vəziyyəti orta-ağır qiymətləndirilir.

13:52
***


Köçərli Dəmiryol Stansiyasının rəisi Xasay Mustafayevi vuran avtomobilin "Chevrolet Aveo" markalı avtomobil olduğu bildirilir.

AzNews.az-ın əldə etdiyi məlumata görə, maşın rəisi vurduqdan sonra yol kənarındakı elektrik xəttinə çırpılıb. Hazırda avtomobilin sahibinin kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

14:16
***


Köçərli Dəmiryol Stansiyasının rəisi Xasay Mustafayevi vuran şəxsin kimliyi məlum olub.

AzNews.az-ın əldə etdiyi məlumata görə, qəzanı törədən şəxs 1974-cü il təvəllüdlü Ağdam rayon sakini Alməmmədov Elmar Rəhman oğlu olub. O, X.Mustafayevi "Chevrolet Aveo" markalı 02 BL 610 dövlət nömrə nişanlı avtomobillə vurub. Daha sonra yaralını avtomobilə mindirərək xəstəxanaya çatdırıb.