- Köhnə - Hadisə
- 29 Mart 2016 12:38
- 2 818
Bakıda qəza - Ölən var
Xəzər rayonunun Türkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 28-də saat 22 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində Bakı şəhər sakini Rasim Əlipaşayev idarə etdiyi "VAZ-2101" markalı avtomobillə yolu keçən Yevlax rayon sakini Kamran Səlimovu vurub və piyada hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.