Kafe rəhbəri ilə qadın turist dava etdi - İçərişəhərdə

Azərbaycana gələn turist qiymətlərin baha olmasına görə kafe rəhbəri ilə mübahisə edib.


Malta vətəndaşı olan 50 yaşlı qadın Nadine Fenich Petter Bakıda kafe müdiri ilə dava etməsi barədə polisə şikayət edib.

Turist qadın bildirib ki, İçərşəhərdə, Kiçik Qala Küçəsində yerləşən "Dərviş" kafesində bir neçə gün öncə nahar edib. Amma ona verilən hesabda qiymətlərin çox baha olmasına etiraz edib. Buna görə də kafenin müdiri, İsmayıllı rayon sakini Nərgiz Bəkdəmirova ilə davaları düşüb.

Maltalı turist 9-cu Polis Bölməsinə şikayət edib, araşdırma aparılır.

qafqazinfo.az