Qobustan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Qobustan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Qobustanda qəza - 1 ölü, 3 yaralı

Qobustan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.


AzNews.az Daxili İşlər Nazirliyinin saytna istinadən xəbər verir ki, aprelin 8-də saat 19 radələrində Qobustan şəhərində rayon sakini Elnur Qədimovun idarə etdiyi "VAZ-21214" və Şəki rayon sakini Çingiz Yusifovun idarə etdiyi "Ford" markalı (mikroavtobus) avtomobillər toqquşub.

Nəticədə E.Qədimov və sərnişinlərindən - azyaşlı oğlu Rahid hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.