25 yaşlı oğlan marketin qarşısında - Öldürüldü

Gəncədə qətl törədilib.


Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə Dəmiryol Vağzalının yaxınlığında- marketin qarşısında qeydə alınıb. Şəhər sakini, 1991-ci il təvəllüdlü Tural Mustafa oğlu Kərimov bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkim müayinəsi zamanı 25 yaşlı gəncin dünyasını dəyişdiyi məlum olub.

Hələlik hadisəylə bağlı saxlanan yoxdur.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, qətli törədən şəxs və ya şəxslərin tutulması istiqamətində işlər aparılır.

anspress.com