- Köhnə - Hadisə
- 20 Aprel 2016 08:58
- 2 024
Çoxmərtəbəli yaşayış binasında yanğın baş verdi - Bakıda
Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 82 kv.m olan 2 otaqlı mənzilin eyvanında 0.5 kv.m sahəyə yığılan divar kağızı yanıb.
Yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı 1 kv.m sahədə əriyib.
Mənzil yanğından mühafizə olunub.
Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.