Silahlı dəstə zərərsizləşdirildi

Sabunçu qəsəbə sakinləri olan qrup üzvlərindən narkotik və silah götürülüb.


AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, xəbər verir ki, Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakinləri Namiq İbayevdən 2,7 qram, habelə ona məxsus "Mercedes" markalı avtomobilə baxış zamanı 120,2 qram heroin, həmçinin nömrəsi silinən "AKM" markalı silah və 22 ədəd patron, Kamil Quliyevdən 2,3 qram, eləcə də ona məxsus "VAZ-2104" markalı avtomobilə baxış zamanı 126 qram heroin, nömrəsi silinən "Naqan" tipli tapança və 4 ədəd patron, Orxan İbrahimovdan 148,14 qram marixuana və Namiq Həşimovdan 124,3 qram heroin götürülüb.

N.İbayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 21-də Bakı şəhər sakini Nazim Ağayevə qarşı xuliqanlıq etməsi də müəyyən edilib.