“Vaqif Mustafayev, sən kimsən ki?” - Ceyhun Mirzəyevin yubileyində qalmaqal

Hazırda Dövlət Film Fondunda aktyor, rejissor, görkəmli kino xadimi Ceyhun Mirzəyevin 70 illik yubileyi keçirilir.

AzNews.az-ın məlumatına görə, mərasimdə qalmaqal yaşanıb. Belə ki, kinooperator,C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi Kənan Məmmədov yubileydə çıxış edərək Ceyhun Mirzəyevin həyat və yaradıcılığı barədə məlumat verib. Daha sonra isə, o, "Space" televiziyasının rəhbəri Vaqif Mustafayevin ünvanına sərt ifadələr işlədib. İncəsənət xadimi V.Mustafayevin tədbirə təşrif buyurmamasını böyük sayqısızlıq kimi dəyərləndirib: "Mən bu zala baxıram ki, Vaqif Mustafayev yoxdur. Ona bəzi sözlər demək istəyirəm. Bilirəm ki, sözlərimi çatdıracaqlar. Vaqif, sən kimsən ki, bu gün bu zalda yoxsan? Sən də böyük bir kanalın rəhbərisən. Niyə yubileydə iştirak etmirsən?

Dostluq, qardaşlıq əbədi bir şeydir, nə olardı yarım saatlıq gəlib tədbirdə iştirak edəydin, çıxış edəydin!?"


Bahar RÜSTƏMLİ