- Köhnə - Hadisə
- 16 May 2016 20:19
- 2 554
Salyanda bədbəxt hadisə - İşıq dirəyindən yıxılaraq öldü

Salyan sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Rayonun Aşağı Kürkənd sakini, 1961-ci il təvəllüdlü Axundov Cəmaləddin Əjdər oğlu işıq dirəyindən yıxılıb.
O, Salyan Rayon Xəstəxanasına çatdırılsa da, daxili orqanlarının zədələnməsi səbəbindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
APA.az