Göygöl və Lerik rayon sakinləri elektrik cərəyanı vurması nəticəsində ölüblər. Göygöl və Lerik rayon sakinləri elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Elektrik cərəyanı iki nəfərin həyatına son qoydu

Göygöl və Lerik rayon sakinləri elektrik cərəyanı vurması nəticəsində ölüblər.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, cari il iyunun 29-da Xəzər rayonunun Zirə qəsəbəsindəki daş karxanalarından birində dəmirçi işləyən Lerik rayon sakini Məmməd Əsədov elektrik cərəyanı vurması nəticəsində ölüb.

İyulun 5-də Göygöl rayonunun Üçbulaq kəndindəki daş karxanasında usta işləyən rayon sakini Gündüz Abbasov da elektrik cərəyanı vurması nəticəsində ölüb.

Araşdırma aparılır.