Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gəncədə qəza - Yaralananlar var

Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.


Hadisə Gəncənin qala qapılarının yanında qeydə alınıb. Goranboy rayon sakini 1993-cü il təvəllüdlü Röyal Quliyev idarə etdiyi "VAZ 2106" ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan dərəyə düşüb. Qəza zamanı sürücü və sərnişin, 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Sevinc Məmmədova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

APA.az