​Bakıda polis maşınının iştirakı ilə qəza baş verdi - 4 nəfər yaralandı

Bakı şəhəri, Nərimanov rayonunda üç avtomobil toqquşub.


Məlumata görə, yol-nəqliyyat hadisəsi Z.Bünyadov prospekti 28 ünvanının qarşısında qeydə alınıb.

Bakı şəhər sakinləri 1962-ci il təvəllüdlü Yavər Həsənovun idarə etdiyi "KamAZ" , 1965-ci il təvəllüdlü Seyfəddin Əzizovun idarə etdiy "Nissan" və 1965-ci il təvəllüdlü İlqar Muradovun idarə etdiyi DİN-in Baş Mühafizə İdarəsinə məxsus "Volkswagen" markalı avtomobillər toqquşublar.

S.Əzizov, sərnişinləri 1963-cü il təvəllüdlü Cimnaz Əzizova, 1971-ci il təvəllüdlü Gülnaz Kazımova və 2004-cü il təvəllüdlü Nərmin Kazımova xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onların vəziyyətləri qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.

Report.az