Bakıda 60 yaşlı kişi axşam saatlarında evində ölmüş vəziyyətdə tapılıb. Bakıda 60 yaşlı kişi axşam saatlarında evində ölmüş vəziyyətdə tapılıb.

​60 yaşlı kişi evində ölü tapıldı

Bakıda 60 yaşlı kişi axşam saatlarında evində ölmüş vəziyyətdə tapılıb.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1956-cı il təvəllüdlü Abışov Rauf İman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.