“Əminəm ki, hərbi fəaliyyətlər münaqişənin həllinə səbəb ola bilməz” “Əminəm ki, hərbi fəaliyyətlər münaqişənin həllinə səbəb ola bilməz”

“...qoşunların təmas xəttində 28 nəfər ölüb”

“Əminəm ki, hərbi fəaliyyətlər münaqişənin həllinə səbəb ola bilməz”



"Təkcə bu il Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində 28 nəfər ölüb". APA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi Pedriq Merfi (Padraig Murphy) Ermənistanın "Region" tədqiqatlar mərkəzi və Azərbaycanın Sülh və Demokratiya İnstitutunun layihəsi çərçivəsində təşkil olunan onlayn mətbuat konfransında deyib. O bildirib ki, hər ölüm faciədir: "Biz yeni mexanizmlər hazırlayıb təklif edə və təmas xəttindəki monitorinq, ön xətdəki insidentlərin araşdırılması da daxil olmaqla, artıq mövcud olan mexanizmləri gücləndirə bilərik və bunu edirik. Başlıca şərt tərəflərin razılığı və lazımi resurslara sahib olmaqdır. Hazırda biz birinci şərtdə ilişib qalmışıq".

P. Merfi qeyd edib ki, heç bir bəyanat tərəflərin götürdüyü öhdəliklərin həyata keçirilməsi üzrə praktik addımları əvəz edə bilməz: "Biz təslim olmuruq, ATƏT-in Minsk Qrupu və onun həmsədrləri formatında işi davam etdiririk, vətəndaş cəmiyyəti və KİV-in köməyi ilə xalqlar, ayrı-ayrı insanlar arasında etimadın yaradılması və möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərə dəstək veririk".

P. Merfinin sözlərinə görə, bölgədə vəziyyət çox ciddidir, son vaxtlar isə Ramil Səfərovun ekstradisiyası və əfv olunması, eləcə də Dağlıq Qarabağda hava limanının açılması məsələsinin gündəmə gəlməsindən sonra gərginlik artıb: "Hərbi ritorikadan tez-tez istifadə olunur. Bu ritorikanın zorakı addımlara səbəb olmaması üçün hər şey edilməlidir. Mən əminəm ki, hərbi fəaliyyətlər münaqişənin həllinə səbəb ola bilməz".

AzNews.az