Bakının Binəqədi rayonunda ötən il mayın 19-da yanğın baş vermiş 16 mərtəbəli yaşayış binasında yenidən yanğın hadisəsi baş verib. Bakının Binəqədi rayonunda ötən il mayın 19-da yanğın baş vermiş 16 mərtəbəli yaşayış binasında yenidən yanğın hadisəsi baş verib.

Binəqədidə ötən il yanmış binada yenidən yanğın olub

Bakının Binəqədi rayonunda ötən il mayın 19-da yanğın baş vermiş 16 mərtəbəli yaşayış binasında yenidən yanğın hadisəsi baş verib.


Dərhal hadisə yerinə 4 yanğınsöndürən maşın və polis əməkdaşları gəlib.

Yanğının binanın 15-ci mərtəbəsində, mənzil 26 ünvanında baş verdiyi bildirilir. Hadisəyə paltaryuyan maşında qısaqapanmadan baş verməsinin səbəb olduğu deyilir.

Yanğın bu gün saat 20.00 radələrində baş verib. Hadisə vaxtı mənzil sahibi evdə olmayıb.

Yanğın artıq söndürülüb.


Trend.az