- Köhnə - Hadisə
- 5 Oktyabr 2016 10:47
- 16 740
YDM-lərdə şok fırıldaq - Sayğac işləyir, benzin isə vurulmur + Video
Yanacaqdoldurma məntəqələrində müştərilərin aldadılması ilə bağlı mətbuatda dəfələrlə məlumatlar yer alıb. Müştərilərdən biri isə bu prosesin necə baş verdiyini lentə almağı bacarıb.
AzNews.az xəbər verir ki, görüntülərdən sayğacın yanacaq getmədən də çalışdığı aydın olur. Yanacaq doldurma tapanacasını aşağı əydikdə sayğac çalışır, yuxarı qaldırdıqda isə dayanır.
Bu isə yanacaq doldurmaq istəyən müştərilərin aldadılmasına səbəb olur.
Məlumat üçün bildirək ki, görüntülər Lon Ancelesdə çəkilib.
Sözügedən videonu təqdim edirik:
Aydan