ANS-in əməkdaşının evi yandı

Bakıda Abdulla Şaiq 56 ünvanında yanğın baş verən ev teleaparıcı, keçmiş millət vəkili Gülər Əhmədovanın qardaşı İlqar Mikayıloğlunun olub. Bu barədə Gün.Az-ın hadisə yerində olan əməkdaşına qonşular xəbər veriblər.

Onlar deyiblər ki, İ.Mikayıloğlu yeni mənzil aldığından ailəsi ilə birlikdə oradan köçüb, qonşulara isə evdən muğayat olmağı xahiş edib.

AzNews.az