Bu gün səhər saat 08:48 radələrində Bakıda yaşayış binasında güclü partlayış baş verib. Bu gün səhər saat 08:48 radələrində Bakıda yaşayış binasında güclü partlayış baş verib.

Bakıda güclü partlayış olub

Bu gün səhər saat 08:48 radələrində Bakıda yaşayış binasında güclü partlayış baş verib.



Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Anspress-ə verilən məlumata görə, partlayış Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində, Füzuli küçəsi 46 ünvanında, 2-mərtəbəli yaşayış binasının I mərtəbəsində baş verib. Hadisə nəticəsində binaya ciddi zərər dəyib.

Mənzildə olan bir nəfər ağır yaralanıb. Xəsarət alan dərhal xəstəxanaya yerləşdirilib. Bundan əlavə, bina sakinlərinin bəzilərinin də halı pisləşdiyindən onlara yardım göstərilib.

Hadisə yerinə yollanan 2 yanğınsöndürən maşın və 14 nəfərlik heyət sakinləri binadan evakuasiya edib. Hadisənin qaz sızmasından baş verdiyi ehtimal edilir. Partlayış nəticəsində yanğın baş verməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

AzNews.az