Bu dəqiqələrdə 20 Yanvar dairəsində nəqliyyatın hərəkəti tamamilə dayanıb. Bu dəqiqələrdə 20 Yanvar dairəsində nəqliyyatın hərəkəti tamamilə dayanıb.

“20 Yanvar”da qəza: yol bağlandı, sürücülər əlbəyaxa oldular

Bu dəqiqələrdə 20 Yanvar dairəsində nəqliyyatın hərəkəti tamamilə dayanıb.




Buna səbəb yol-nəqliyyat hadisəsinin baş verməsi olub. Belə ki, 42 BD 642 nömrə nişanlı ağır tonnajlı (trayler) yük maşını ilə 90 DN 708 dövlət nömrə "Mercedes 190" markalı avtomobilin bir-birinə çırpılması olub.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, toqquşma nəticəsində "Mercedes"ə ziyan dəyib.

Elə buna görə də, bu avtomobilin sürücüsü yük maşının sürücüsünün üstünə hücum çəkib, nəticədə sürücülər əlbəyaxa olublar. Bir saata yaxın vaxt keçsə də, hadisə yerinə yol polisi gəlməyib və yol bağlı qalıb.
Sonda Yük avtomobilinin sürücüsü 102 xidmətinə zəng edib məlumat verib. Məhz bundan sonra əraziyə yol polisinin əməkdaşları gəliblər.
Polis əməkdaşlarının məlumatına görə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb "Mercedes"in sürücüsünün yol hərəkəti qaydalarına riayət etməməsi olub.

Rüstəm
AzNews.az