“Bilsəydik belə səhər yeməyi olacaq, dünən şam etməzdik”- ViDEO

Ermənistan parlamentinin spikeri Ovik Abramyanın dəbdəbəli yemək-içmək məclisləri düşgünlüyü hər kəsə məlumdur.



AzNews.az anspress-ə istinadən xəbər verir ki, o, bunu yanvarın 8-10-da Brüsselə səfəri zamanı da büruzə verib. O, Brüsseldə Avropa Parlamentinin sədri Martin Şultsla görüşüb. Avropa Parlamentinin rəhbəri Ermənistanın nümayəndə heyətini səhər yeməyinə dəvət edib. Yemək masasına oturan Ovik Abramyan təamlara göz gəzdirib və bir ölkə rəsmisinə yaraşmayan şəkildə "Bilsəydik ki, belə dəbdəbəli, güclü səhər yeməyi olacaq, dünən şam etməzdik".

Ovik Obramyanın bu görməmişlik jestinin videosu Avropa Parlamentinin saytında yerləşdirilib. Erməni spikerin yuxarıda sitat gətirilən ifadəsi videonun 30-35-ci saniyələrindədir.
Ermənistan mətbuatı hesab edir ki, Avropa Parlamentinin saytına yerləşdirilmiş videoda həmin hissənin kəsilməməsi xüsusi məqsəd daşıyır. Bu, Avropa rəsmilərinin Ovik Abramyana münasibətinin göstəricisidir. Çünki, səhər yeməyinin görüntülərinin çəkildiyini bilə-bilə erməni spiker dəbdəbəli məclislərə olan marağını gizlədə bilməyib.

Ermənistan mətbuatı onu da yazır ki, Ovik Abramyan hər gün dəbdəbəli məclislər təşkil edir. Onun yalnız yemək-içməyinə Ermənistanın dövlət büdcəsindən külli miqdarda vəsait xərclənir.




AzNews.az