Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Əvəz Zeynallının vəsatətləri təmin olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.



Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə əvvəlki iclas zamanı Ə. Zeynallı tərəfindən verilən vəsatətlər müzakirəyə çıxarılıb.

Ə. Zeynallının "Kanal 13" internet televiziyasının əməkdaşı Aynur İmranovanın, eyni zamanda Gülər Əhmədova ilə aralarında olan söhbətin səs yazısı ilə bağlı keçirilən ekspertiza zamanı rəy verən iki nəfərin prosesdə şahid qismində dindirilməsi ilə bağlı verdiyi vəsatətlər təmin olunub. Digər vəsatətləri isə təmin olunmayıb.

AzNews.az