İsmayıllı şəhərindəki “Çıraq” otelinin qarşısındakı aksiya davam edir. İsmayıllı şəhərindəki “Çıraq” otelinin qarşısındakı aksiya davam edir.

İsmayıllıdan ilk video gəldi -VİDEO

İsmayıllı şəhərindəki “Çıraq” otelinin qarşısındakı aksiya davam edir.




APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, aksiyaçılar otelə daxil olarkən yaranan qarşıdurma zamanı iki nəfər-1983-cü il təvəllüdlü Nəsirov Emin Bəxtiyar oğlu və 1985-ci il təvəllüdlü Bəkirov Ramil Əlimurad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Polis aksiya iştirakçılarını saxlayıb-saxlamaması barədə məlumat vermir.

Qeyd edək ki, aksiyaçılar polisin müqavimətinə baxmayaraq otelə daxil olublar. Otaqları dağıdan etirazçılar oteli yandırıblar. Hazırda iki mərtəbəli oteldə güclü yanğın davam edir. Vətəndaşlar obyektin sahibinə məxsus "Hummer" və iki ədəd "Chevrolite" markalı minik maşınları da yandırıblar.
Məlumata görə etirazçıların bir hissəsi İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun və "Çıraq" otelin sahibinin evlərini yandırmağa cəhd göstəriblər.

Əraziyə İsmayıllı və ətraf rayonlardan polis əməkdaşları cəlb edilib.

Bununla yanaşı, əraziyə İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi də cəlb edilib.

***
00: 27
İsmayıllı şəhərindəki "Çıraq" otelinin qarşısında 2 minə yaxın insanın iştirakı ilə etiraz aksiyası keçirilir.


Məlumata görə, aksiya yanvarın 23-də gecə saat 22:30 radələrində başlayıb və hal-hazırda davam edir. Etirazçılar otelin sahibinin və onun övladlarının İsmayıllı əhalisinə qarşı təhqiramiz ifadələr işlətməsini əsas tutaraq aksiya keçirirlər. Onlar polisin müqavimətinə baxmayaraq otelə daxil olublar. Otaqları dağıdan etirazçılar oteli yandırıblar. Hazırda iki mərtəbəli oteldə güclü yanğın davam edir. Vətəndaşlar obyektin sahibinə məxsus "Hummer" və iki ədəd "Chevrolet" markalı minik maşınları da yandırıblar. Əraziyə İsmayıllı və ətraf rayonlardan polis əməkdaşları cəlb edilib.

FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, əraziyə İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb edilsə də etirazçılar onları otelə yaxın buraxmırlar və yanğının söndürülməsi hələ ki, mümkün deyil.

"Yeni Müsavat" qəzeti İsmayıllıda əhalinin qəzəbinə səbəb olan hadisənin əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlunun İsmayıllı camaatını söyərək, təhqir etməsi olduğunu yazıb. Yerli müxalifətçilərdən biri qəzetə bildirib ki,axşam saatlarında nazirin oğlu "Kəpənək" adlanan istirahət mərkəzinə qalxarkən idarə etdiyi "Hammer" markalı maşını ilə yüngül qəza törədib: " Günah onda olsa da, nazir oğlu üzr istəmək əvəzinə maşından enərək, oradakı hər kəsi, daha sonra isə ümumi qaydada İsmayıllı camaatını təhqir edib. Nəticədə oradakı ismayıllılar tökülüşərək, nazir oğlunu döyüblər. Daha sonra emosiyalar qızışıb, nazirin oğlunun maşınını yandırıblar. Xəbər ildırım sürəti ilə bütün İsmayıllıya yayılıb". Bundan sonra əraziyə toplaşmış insanlar "Çıraq" motelini yandırıblar.
Məlumata görə, yerli polis hadisələrə müdaxilə etmir.



AzNews.az