Bu gün səhər 7.30 radələrində Bakı-Sumqayıt şossesinin avtovağzaldan keçən hissəsində yol-qəza hadisəsi baş verib. Bu gün səhər 7.30 radələrində Bakı-Sumqayıt şossesinin avtovağzaldan keçən hissəsində yol-qəza hadisəsi baş verib.

Qəza Bakı-Sumqayıt yolunda tıxac yaratdı

Bu gün səhər 7.30 radələrində Bakı-Sumqayıt şossesinin avtovağzaldan keçən hissəsində yol-qəza hadisəsi baş verib.




İki avtomobilin toqquşması nəticəsində yolun Sumqayıta gedən hissəsində uzun tıxac yaranıb. Qeyd edək ki, yolun bu hissəsində hərəkət edən nəqliyyat vasitələrini sayının az olması səbəbindən səhər saatlarında tıxac nadir hallarda müşahidə olunurdu.

AzNews.az - ın hadisə yerində olan əməkdaşının məlumatına görə, qəza yerinə çox sayda yol polisi əməkdaşı və təcili tibbi yardım gəlib.

Yolda yaranan tıxacın qarşısını almaq üçün yol polisi əməkdaşları 20 Yanvar körpüsü və Şamaxı yolu ilə Sumqayıta doğru hərəkət edən nəqliyyat vasitələrini Biləcəri yoluna istiqamətləndiriblər.

Elnarə
AzNews.az