Gənclərin aksiyası ilə bağlı həbslər başladı Gənclərin aksiyası ilə bağlı həbslər başladı

Müsavatçı gənc Sumqayıtda saxlanıldı

Gənclərin aksiyası ilə bağlı həbslər başladı




Bu gün səhər saatlarında Müsavat Partiyasının Qubadlı rayon şöbəsinin gənclər təşkilatının sədri Elman Elxanoğlu Sumqayıt polis şöbəsinə aparılıb. Bu barədə məlumat AzNews.az-a Müsavat Partiyasından daxil olub. Məlumata görə, E.Elxanoğlunun saxlanmasına səbəb bu gün keçirilməsi planlaşdırılan aksiya olub.

Qeyd edək ki, Bu gün "Fəvvarələr Meydanı"nda "Silahları üstümüzdən çəkin" şüarı adı altında keçiriləcək aksiya təxirə salınıb. Aksiya sabah saat 15:00-da baş tutacaq.

İlkin
AzNews.az