Qubada iki azyaşlını maşın vurdu - ölən azyaşlıya vaxtında tibbi yardım göstərilmədi

Quba rayonunda ölümlə nəticələnən ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Rustov kəndində qeydə alınıb.

“Qazel” markalı avtomaşın iki azyaşlı qardaşı vurub. Onlardan biri 4 yaşlı Qurbanov Renat Nurağa oğlu dünyasını dəyişib. Onun qardaşı 10 yaşlı Xəqani isə ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, ölən azyaşlıya vaxtında tibbi yardım göstərilməyib. Təcili yardım xidmətinə müraciət olunsa da vaxtında gəlməyib. Nəticədə azyaşlı dünyasını dəyişib.

Quba MRX-dan bildirilib ki, hadisə yerinə çağırış olunan kimi təcili yardım maşını əraziyə yollanıb.

Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.