- Köhnə - Hadisə
- 12 Yanvar 2017 12:42
- 4 162
Tovuzda qaz balonu partladı - 43 yaşlı kişi yandı (Video + Foto)

Tovuzda partlayış baş verib
ARB TV xəbər verir ki, Tovuzun Bayramlı kəndində partlayış baş verib.
Kənd sakini 43 yaşlı Fərmayıl Abdulov yaşadığı evdə qaz balonunu yandıran zaman partlayış olub.
Hadisə zamanı Abdulov üzün və əlin termiki yanığı xəsarətləri alıb. O dərhal Tovuz Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Fakt araşdırlır.
