Lənkəran rayonu Biləsər İcra nümayəndəliyinin Alazəpin kəndi ilə Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 31 saylı dolayının 37-ci kvartalının sərhəd ərazilərində ucqar sahədə ötən gün yanğın baş verib. Lənkəran rayonu Biləsər İcra nümayəndəliyinin Alazəpin kəndi ilə Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 31 saylı dolayının 37-ci kvartalının sərhəd ərazilərində ucqar sahədə ötən gün yanğın baş verib.

Hirkan Milli Parkında yanğın baş verdi

Lənkəran rayonu Biləsər İcra nümayəndəliyinin Alazəpin kəndi ilə Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 31 saylı dolayının 37-ci kvartalının sərhəd ərazilərində ucqar sahədə ötən gün yanğın baş verib.

AzNews.az Ekologiya və Təbii sərvətlər nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın baş verən əraziyə dərhal Nazirliyin əməkdaşları və kənd sakinləri cəlb olunub, qısa müddət ərzində yanğın tam lokallaşdırılaraq söndürülüb.

Naməlum səbəblərdən baş verən yanğın nəticəsində tökülmüş quru xəzəl və çürüməkdə olan oduncaq qalıqları yanıb, yanğının ağaclara keçməsinin qarşısı alınıb.

Hazırda yanğın baş vermiş əraziyə Milli Parkın əməkdaşlarından təşkil edilmiş operativ qrup nəzarət edir.