3 nəfərdən qanunsuz silah müsadirə edilib. 3 nəfərdən qanunsuz silah müsadirə edilib.

3 nəfərdən silah götürüldü

3 nəfərdən qanunsuz silah müsadirə edilib.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sayıl Sayılovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb.

Həmin gün Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əflatun Ağamoğlanovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb.

Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini Niyaməddin Cəfərovdan müvafiq sənədləri olmayan "TOZ-63" markalı tüfəng götürülüb.