Abşeronda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb

Abşeron rayonunda bədbəxt hadisə baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Fərqanə Yusifova yaşadığı evin yanında içərisində su olan xəndəyə düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.