Bakıda şirkətin ofisindəki seyfdən xeyli miqdarda pul oğurlanıb. Bakıda şirkətin ofisindəki seyfdən xeyli miqdarda pul oğurlanıb.

Seyfdən xeyli miqdarda pul oğurlandı

Bakıda şirkətin ofisindəki seyfdən xeyli miqdarda pul oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Məhərrəm Süleymanova məxsus Salamzadə küçəsi 38 A ünvanında yerləşən KMSL Məhdud Məsuliyyəti Cəmiyyətə məxsus ofisin pəncərəsinin şüşələrini sıdıraraq içəri daxil olublar. Oradakı seyfdən açar seçmə yolu ilə 1 000 manat və 1 000 ABŞ dolları pul oğurlanıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az