- Köhnə - Hadisə
- 23 Yanvar 2017 09:05
- 2 324
6 mərtəbəli binada yanğın
İmişlidə altımərtəbəli binada yanğın baş verib.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, İmişli şəhərində 6 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb. Yanğın zamanı iki nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb
AzNews.az