Respublika Baş Dövlət Yol Polisi İdarəsi Ucar rayonunda yol polisi ilə vətəndaşın arasında baş verən insidentə münasibət bildirib. Respublika Baş Dövlət Yol Polisi İdarəsi Ucar rayonunda yol polisi ilə vətəndaşın arasında baş verən insidentə münasibət bildirib.

Ucar polisinin qanunsur hərəkətlərinə RƏSMİ REAKSİYA

Respublika Baş Dövlət Yol Polisi İdarəsi Ucar rayonunda yol polisi ilə vətəndaşın arasında baş verən insidentə münasibət bildirib.


İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə Ucar rayonunda yol polisi ilə vətəndaş arasında baş verən insidentlə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərə dair araşdırma aparılıb.

Məlum olub ki, həmin görüntülər ötən ilin avqustunda çəkilib. İnsident zamanı xırda xuliqanlıq hərəkəti edən Ucar rayon sakini yol polisləri tərəfindən şöbəyə aparılıb və Ucar Rayon Məhkəməsində həmin şəxsi İnzibati Xətalar Məcəlləsinin 296 cı maddəsi ilə (Xırda xuliqanlıq) məsuliyyətə cəlb edib.

K.Əliyev bildirib ki, həmin görüntülərdə yol polisi hər hansı qanunsuzluğa yol verməyib: "Polis haqqında" qanuna görə, polisin inzibati xəta törədən şəxsə fiziki qüvvə tətbiq etmək ixtiyarı var. "Polis haqqında" qanunun 17-ci maddəsinin 8-ci bəndinə görə, polisin müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək hüququ var. Polis bu məsələdə heç bir qanun pozuntusuna yol verməyib"

AzNews.az