4 yaşlı uşaq 3 otaqlı evlə birlikdə kül oldu- Biləsuvarda

Biləsuvar rayonunun Zəhmətabad kəndində yanğın baş verib.

Yanğın zamanı kənd sakini Aynurə Abbasovaya məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanaraq sıradan çıxıb.

Sözü gedən kəndin sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, yanğın baş verən saatlarda ev sahibi qonşuda olub:

“Evdə isə 4 yaşlı Yağmur Abbasova ilə onun 13 yaşlı dayısı olub. Yanğın zamanı Yağmur Abbasovanın yanmış meyiti tapılıb. Dayısı isə heç bir xəsarət almayıb.”

Kənd sakinləri hesab edir ki, ilkin ehtimala görə, Aynurə Abbasovaya məxsus evin yanmasına səbəb elektrik naqillərində yaranan qısa qapanma olub.

Bahar RÜSTƏMLİ

AzNews.az