- Köhnə - Hadisə
 - 8 Aprel 2017 10:19
 - 3 369
 
Sabirabadda 65 yaşlı qadın intihar etdi
            Sabirabad rayonunda intihar hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Axıska kənd sakini, 1952-ci il təvəllüdlü Hümmətova Cəmilə Abdulhüseyn qız özünü yaşadığı evdə asaraq intihar edib.
Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.