Gənclər “Özünsən!” yazaraq deputatın telefonuna SMS göndərirlər Gənclər “Özünsən!” yazaraq deputatın telefonuna SMS göndərirlər

Hadı Rəcəbli telefon zənglərinə cavab vermir

Gənclər “Özünsən!” yazaraq deputatın telefonuna SMS göndərirlər

Deputat Hadı Rəcəblinin AzTV efirindən gənclərin ünvanına təhqiramiz söyüşlər ünvanlaması qarşı tərəfi qəzəbləndirib. Mikrofonun açıq olması üzündən başı qalmaqalda olan deputatın mobil telefonuna gənclər dayanmadan SMS göndərməkdədir. Artıq onlar "Özünsən!" yazaraq deputatın 050 216 59 60 nömrəli telefonuna SMS göndərirlər.

Xatırladaq ki, Hadı Rəcəblinin dilindən söyüş efirə yayımlanmış söyüşə görə gənclər üzr istəməsi üçün deputata 3 gün vaxt dermişdilər. Verilən müddət dünən bitdiyindən və H.Rəcəbli üzr ystəmədiyindən, bu gündən etibarən gənclər də SMS kampaniyasına başlayıb.

Daha sonra gənclər deputata üzr istəməsi üçün 3 gün möhlət vermişdilər. Lakin deputat üzr istəməyəcəyini bəyan etmişdi.

Maraqlıdır, bəs deputatın gənclərin bu gündən start götürən SMS kampaniyasına reaksiyası necədir? Elə bu sualımıza cavab almaq məqsədilə H.Rəcəbli ilə əlaqə saxlamaq istədik. Dəfələrlə göstərdiyimiz cəhdlərimizə baxmayaraq deputatdan cavab ala bilmədik. Mobil telefon bağlı olmadığından görünür, deputat zənglər kimi, ona ünvanlanan mesajları da davamlı olaraq izləməkdədir. Amma nə zənglərə, nə də mesajlara cavab vermir.

Gültəkin
AzNews.az