Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin İrandan Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn Azərbaycan vətəndaşından kinoloji xidmət iti tətbiq olunmaqla 1,7 kiloqram heroin aşkarlanaraq götürülüb. Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin İrandan Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn Azərbaycan vətəndaşından kinoloji xidmət iti tətbiq olunmaqla 1,7 kiloqram heroin aşkarlanaraq götürülüb.

İrandan Azərbaycana 1,7 kiloqram heroin keçirilməsinin qarşısı alınıb- İtin köməkliyi ilə

Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin İrandan Azərbaycana idarə etdiyi minik avtomobili ilə gələn Azərbaycan vətəndaşından kinoloji xidmət iti tətbiq olunmaqla 1,7 kiloqram heroin aşkarlanaraq götürülüb.

Dövlət Gömrük Komitəsindən AzNewsa.az-a verilən xəbərə görə, Kinoloji xidmət itinin reaksiyasına əsasən, avtomobilə baxış keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin mühərrikinin aşağı hissəsində, zavod konstruksiyasında nəzərdə tutulmamış, sonradan mühərrikə əlavə olaraq bərkidilmiş starterin içərisində, gömrük nəzarətindən gizlədilmiş iki ədəd bağlamada olmaqla, ümumi xalis çəkisi 1695 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.