- Köhnə - Hadisə
- 22 Aprel 2017 18:19
- 4 652
46 yaşlı kişinin üstünə darvaza düşdü

Gəncə şəhər sakini ağır xəsarət alıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 1-ci mikrorayonunda qeydə alınıb. Şəhər sakini 1971-ci il təvəllüdlü Elman Məmmədov ərazidə olan obyektlərin birində işləyən zaman başına dəmir darvaza düşüb. Ağır xəsarət alan E.Məmmədov Gəncədə fəaliyyət göstərən özəl xəstəxanalardan birinə yerləşdirilib.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az