Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana "Opel Astra" markalı nəqliyyat vasitəsi ilə gələn ölkə vətəndaşı idarə etdiyi avtomobildə gömrük orqanına mütləq bəyan ediləsi hər hansı predmetin olub-olmaması barədə sorğu-sual edilib. Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana "Opel Astra" markalı nəqliyyat vasitəsi ilə gələn ölkə vətəndaşı idarə etdiyi avtomobildə gömrük orqanına mütləq bəyan ediləsi hər hansı predmetin olub-olmaması barədə sorğu-sual edilib.

"Sınıq Körpü"də avtomobildən siqaret aşkar edilib- 13 000 ədəd

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana "Opel Astra" markalı nəqliyyat vasitəsi ilə gələn ölkə vətəndaşı idarə etdiyi avtomobildə gömrük orqanına mütləq bəyan ediləsi hər hansı predmetin olub-olmaması barədə sorğu-sual edilib.

AzNews.az Dövlət Gömrük İdarəsinin saytında istinadən xəbər verir ki, həmin şəxs gömrükçülərə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən predmetin olmadığını bildirib.

Lakin avtomobilə gömrük baxışı keçirilən zaman nəqliyyat vasitəsinin ön oturacaqlarının, ön və arxa ayaqaltılarının altından gömrük nəzarətindən gizlədilən 9200 ədəd "Marlboro", 1000 ədəd "Golden Amerika", 600 ədəd "Muratti", 600 ədəd "Lucky Strike",400 ədəd "Camel", 400 ədəd "Sobranie", 400 ədəd "Winston" və 400 ədəd "R1" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.