Ucar rayonunda yanğın qeydə alınıb. Ucar rayonunda yanğın qeydə alınıb.

5 otaqlı ev yanıb

Ucar rayonunda yanğın qeydə alınıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Ucar rayonu, Lək kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 133 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.