Abşeron rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub. Abşeron rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.

Ev sahibi evdəki əşyalarla birlikdə yandı

Abşeron rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində Rasim Rəsulovun yaşadığı evdə yanğın baş verib. Ev sahibi evdəki əşyalarla birlikdə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib. R.Rəsulovun meyitini yanğınsöndürənlər aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az