Mingəçevirdə arvadını və iki övladını qətlə yetirən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub. Mingəçevirdə arvadını və iki övladını qətlə yetirən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub.

Kişi arvadını və övladlarını qətlə yetirdi - Mingəçevirdə dəhşət + Yenilənib

Mingəçevirdə arvadını və iki övladını qətlə yetirən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub.

“Report”un Şirvan bürosunun məlumatına görə, o, həyat yoldaşı Aynurə Hüseynovanı, oğlu, 2-ci sinif şagirdi Hüseyn Hüseynovu və 5 yaşlı qızı Mədinə Hüseynovanı ailə münaqişəsi zəminində qətlə yetirib.

***

10:22

Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin ərazisində baş verib.

Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını öldürərək qətlə yetirib.

Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir.

Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəliblər.

Hadisəni törədən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub.

AzNews.az