- Köhnə - Hadisə
- 21 İyun 2017 15:21
- 4 066
Sükan arxasında öldü
Masallı rayon sakini avtomobil idarə edərkən qəflətən vəfat edib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı-Ərkivan yolunda qeydə alınıb. Ərkivan qəsəbə sakini, 1952-ci il təvəllüdlü Kamal Nurullayev şəxsi avtomaşınını idarə edərkən ürəyində kəskin ağrılar yaranıb.
Yaxınlıqdakı şəxslər təcili tibbi yardıma zəng vursalar da, onlar gələnə qədər K. Nurullayev dünyasını dəyişib.
AzNews.az