Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan leysan xarakterli intensiv yağış nəticəsində bəzi çaylarda sululuq artıb, iyunun 20-də Gorançay çayında isə qısamüddətli daşqın müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan leysan xarakterli intensiv yağış nəticəsində bəzi çaylarda sululuq artıb, iyunun 20-də Gorançay çayında isə qısamüddətli daşqın müşahidə olunub.

Gorançay çayı daşıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan leysan xarakterli intensiv yağış nəticəsində bəzi çaylarda sululuq artıb, iyunun 20-də Gorançay çayında isə qısamüddətli daşqın müşahidə olunub.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 50-80, Lənkəran-Astara bölgəsi çaylarında 60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

İyunun 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 286 kubmetr olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 352 kubmetr olmaqla ongünlük normanın 87 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə124 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 137 kubmetr təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 18, Salyanda 20, Bankədə 6 santimetr azalma, Surrada 20, Araz çayının Novruzlu məntəqəsində 21 santimetr artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 (2016-cı il iyunun 23-də 332 sm), Şirvanda 265, Salyanda 200 (2016-cı il iyunun 23-də 125 sm), Bankədə 193 (2016-cı il iyunun 23-də 184 sm), Araz çayının Novruzlu məntəqəsində isə 101 santimetr (2016-cı il iyunun 23-də 44 sm) təşkil edir.

AzNews.az