- Köhnə - Hadisə
- 20 İyul 2017 09:09
- 7 305
Hamilə qadın qaynatası və qaynanası tərəfindən döyüldü - Bakıda
Bakıda hamilə qadın qaynatası və qaynanası tərəfindən döyülüb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Pirşağı qəsəbəsi, 2-ci sovxoz adlanan ərazidə 1991-ci il təvəllüdlü Rəcəbova Mərziyyə Ramazan qızı yaşadığı evdə qohumları ilə mübahisə edib. Nəticədə o qaynatası və qaynanası tərəfindən döyülüb. O bədənindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib. Həkimlərin verdiyi məlumata görə, M.Rəcəbova hamilə olduğundan xəsarətləri onun qarın nahiyyəsinə dəyib. Buna görədə qadının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
AzNews.az