Samux rayonunda qayınanası və əri tərəfindən döyülən və saçı qırxılan gəlin intihara cəhd edib. Samux rayonunda qayınanası və əri tərəfindən döyülən və saçı qırxılan gəlin intihara cəhd edib.

Qayınana gəlini döyərək saçını qırxdı - Samuxda dəhşət

Samux rayonunda qayınanası və əri tərəfindən döyülən və saçı qırxılan gəlin intihara cəhd edib.

Ziyadlı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hadisə gəlinin atası evində baş verib:

“Gəlinin qayınatası yoxdur, dünyasını dəyişib. Onun qayınanası və yoldaş ilə münaqişəsi düşüb. Biz gəlini görməmişik. Hadisə gecə saatlarında baş verib. Amma, kənddə gəzən söhbətlərə görə, güya münaqişə zamanı gəlinin saçını qırxıblar. Bundan əsəbiləşən gəlin atası evinə gedib. Orada dərman içərək özünü öldürmək istəyib”.

Sakinlər qeyd edib ki, hazırda gəlinin vəziyyəti ağırdır:

“Reanimasiya şöbəsindədir. Polislər araşdırma aparır”.

Bahar RÜSTƏMLİ

AzNews.az