Astara rayonunun Şahağacı kəndi ərazisində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Astara rayonunun Şahağacı kəndi ərazisində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Avtomobillər toqquşdu - 4 nəfər yaralandı

Astara rayonunun Şahağacı kəndi ərazisində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, qəza "Mercedes" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində 1975-ci il təvəllüdlü Dadaşova Xavər, 1981-ci il təvəllüdlü İsmayılova Aynurə və 1980-ci il təvəllüdlü sürücü Səmədov Seyman, həmçinin Astarananın Kİjəbə qəsəbə sakini, 8-9 yaşlı qız xəsarət alıb.

Onlardan X.Dadaşova Astara Mərkəzi Rayon Xəstəxanasına, sürücü S.Səmədov və A.İsmayılova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

X.Dadaşova və S.Səmədovun vəziyyəti ağırdır.

AzNews.az