Fövqəladə Hallar Nazirliyi BP-nin ofisi yerləşən binada baş verən yanğınla bağlı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyi BP-nin ofisi yerləşən binada baş verən yanğınla bağlı məlumat yayıb.

BP-nin Bakıdakı baş ofisində tüstülənmə - İşçilər təxliyyə edildi + Yenilənib

Fövqəladə Hallar Nazirliyi BP-nin ofisi yerləşən binada baş verən yanğınla bağlı məlumat yayıb.

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, Bakının Səbail rayonunda 16 mərtəbəli inzibati binanın birinci mərtəbəsində yerləşən otaqda kompüter avadanlığı yanıb. Otaq və digər avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

15:00

BP-nin Bakıdakı baş ofisində tüstülənmə olub.

"Report"un əməkdaşı xəbər verir ki, əraziyə yanğınsöndürənlər gəlib.

BP-nin bütün işçiləri binadan təxliyyə edilib.

Qeyd edək ki, ofis Neftçilər prospektində yerlləşir.

AzNews.az

image description image description