Ötən gün paytaxtın Yasamal rayonunda avtomobil yanıb. Ötən gün paytaxtın Yasamal rayonunda avtomobil yanıb.

Bakıda maşın hərəkətdə olan zaman alovlandı - Video

Ötən gün paytaxtın Yasamal rayonunda avtomobil yanıb.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, ''Daevoo'' markalı minik maşını dairəvi yolda hərəkətdə olarkən qəfildən avtomobilin mühərrik hissəsində tüstüləmə olub. Sürücü dərhal avtomobildən enib. Elə bu zaman maşında yanğın baş verib. Havanın küləkli olduğundan alov tez bir zamanda maşını bürüyüb. Şahidlər dərhal yanğınsöndürənlərə məlumat veriblər.

Hadisə yerinə gələn bir yanğınsöndürən avtomobil və canlı qüvvə alovun qarşısını alıb. Dövlət yanğından mühafizə bölməsindən verilən məlumata görə, minik avtomobilinin mühərrikinin və salonunun yanar hissələri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.