Sabirabad rayonunda ağır yol qəzası baş verib. Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Sabirabadda ağır yol qəzası - 4 nəfər öldü

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

“Mercedes” markalı “50 DF 624” dövlət nömrə nişanlı minik avtomobili ilə “KamAZ” markalı “30 BF 414” dövlət nömrə nişanlı yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb,

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəzada xəsarət alan 21 yaşlı Eyvazlı Etibar Məzahir oğlu xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alan şəxs 22 yaşlı Xənimli Araz Mehdi oğluna həkimlər tibbi yardım göstərirlər.

Məlumata görə, qəza dumanlı hava səbəbindən baş verib. Avtomobillərin toqquşması nəticəsində hadisə yerində ölən üç nəfərin meyiti FHN-nin xilasediciləri tərəfindən çıxarılıb.

Ölənlərin kimliyi dəqiqləşdirilir.

AzNews.az